US Visa

Ukrayna Avropa ilə qısa zamanda vizasız rejimə keçəcək.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Jan-Klod Yunker Ukraynanın Baş naziri Vladimir Qroysmanla görüşdən sonra jurnalistlərə bildirib. Onun sözlərinə görə, bu yaya qədər Ukrayna vətəndaşları üçün vizasız rejim tətbiq ediləcək. Yunker: “ Əlbəttə, biz vizasız rejim barədə sualları müzakirə etdik. Bu proses yayadək baş verəcək”,- deyib.