Əməkdar artist Tünzalə Ağayeva 2 fevral Gənclər günü münasibəti ilə təşkil edilmiş konsertdə çıxış edib.

Axşam.az-ın məlumatına görə, o, xalq mahnısı “Qaragilə”ni ifa edib. Müğənnini Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri müşüayiət edib.

Orkestrin bədii rəhbəri xalq artisti Fərhad Bədəlbəyli, dirijoru Fuad İbrahimov, direktoru isə Yeganə Axundovadır.