Yunanstanda ikinci dünya müharibəsindən qaldığı ehtimal olunan bomba tapılıb.

Musavat.com-un  məlumatına görə, Saloniki şəhərində aşkarlanan bomba zərərləşdirilib. Hadisə ilə əlaqədar Salonik şəhərinin Kordelio rayonunun sakinləri evakuasiya olunub. 125 kiloqramlıq bombaya görə, 70 min nəfər öz evlərini tərk etməyə məcbur olub. Paslanmış bombanı yanacaq doldurma məntəqəsini genişləndirən zaman aşkar ediblər. Yunan hərbçiləri təhlükəli tapıntını 1.5 saat ərzində zərərləşdirə biliblər. Şəhər sakinlərinin təhlükəsizliyini 1000 nəfər polis və 300 nəfər könüllü təmin edib.