Yasamal rayonunda 46 yaşlı kişi özünü asıb. AzEuroNews.com-un məlumatına görə,  hadisə Yasamal rayonu, Salamzadə küçəsi 7 ünvanında qeydə alınıb.

Daxil olan məlumata görə, 46 yaşlı Fikrət Əliyev yaşadığı hündürmərtəbəli binadakı mənzilinin hamam otağında özünü asıb. Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları gələnə kimi Fikrət Əliyev artıq keçinib.

Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları mənzilə baxış keçiriblər və araşdırmalar aparılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb və intiharın səbəbləri araşdırılır.