Qızmızı telefon kabinələri, qızmızı avtobus və Biq-Ben artıq 90 ildir ki, Londonun rəmzidirlər. İndi onların konstruksiyası tam başqa olacaq.

AzEuroNews xəbər verir ki, Huffington Postun məlumatına əsasən, yeni qara telefon kabinələrin konstruksiyasını New World Payphones şirkəti hazırlayacaq. Londonun əsas rəmzlərindən birinin nəinki xarici görünüşü, hətta texniki xarakterikası dəyişiləcək.

Yeni kabinələr WI-FI ilə təchiz olunacaq və sensor ekranları ilə bütün hava şəraitinə davamlı olacaq, hansıların ki, köməyi ilə yerli sakinlər və turistlər, kartdan və informasiya xidmətlərindən istifadə edə biləcəklər.

Bütün yeniliklərə baxmayaraq, kabinənin funksiyası dəyişməyəcək və bu o, deməkdir ki, telefon aparatı onun əsas atribiutu olaraq qalacaq. Yeni telefon kabinələri köhnələr kimi tanınan və cazibədar olmayacaq, lakin New World Payphones şirkəti əmindir ki, yeni dizaynın üstünlüyü daha çoxdur. Sensor ekranları reklam qazanmaq imkanı yaradacaq və həmçinin şirkət hər köhnə köşkün əvəzinə ağac əkiləcəyinə vəd edir.

kosk-azeuro-