Ukraynada keçirilən “Qolos Ukrayna” mahnı müsabiqəsinə daha bir azərbaycanlı qatılıb.

“Qafqazinfo” xəbər verir ki, yarışmasının ötən gün yayımlanan bölümündə Cavid Məmmədov adlı gənc səhnəyə çıxıb. O, “Cancion del Mariachi” musiqi əsərini səsləndirib.

Cavid münsiflərdən yalnız “Eurovision 2016” qalibi Camalanı öz tərəfinə döndərə bilib.

Həmyerlimiz çilingər olduğunu söyləyib, Azərbaycandan gəldiyini deyib.. Camal isə onu Azərbaycan dilində salamlayıb, ondan yerli mahnılardan birini ifa etməyini xahiş edib.

Məmmədov “Küçələrə su səpmişəm” mahnısını səsləndirib. Səhnəyə çıxan Camala onunla duet oxumağa başlayıb.