15 iyul qiyamından sonra Türkiyəyə qayıtmaqdan imtina edən bir qrup türk zabit ailələri ilə birlikdə Hollandiyaya siyasi sığınacaq almaq üçün müraciət edib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hollandiya türk hərbçilərin sığınacaq müraciətinə müsbət cavab verib. Dəqiq sayı açıqlanmayan hərbçilərin 18 ay ərzində Hollandiyada qalmasına razılıq verilib.

Hollandiya bu müddətdə hərbçilərin günahsız olub-olmadığını araşdıracaq. Onların günahları öz təsdiqini taparsa, Türkiyəyə təhvil veriləcəklər.

Qeyd edək ki, NATO-da xidmətdə olan ən az 40 türk hərbçisi bu ölkədən sığınacaq istəyib. Bundan öncə isə NATO qərargahında Türkiyənin 86 zabiti ölkəyə dönməyəcəyini bəyan etmişdi.