Cərrahlar təsadüfən yaşıl və yaxudda göy forma geyinmirlər. Bunun vacib bir səbəbi var.

AzEuroNews AdMe.ru-ya istinadən xəbər verir ki, siz nə vaxtsa heç düşünmüsünüz ki, cərrahlar əməliyyat zamanı niyə ağ forma deyil, məhz yaşıl və yaxud göy geyinirlər? Məlum olub ki, əməliyyatın uğurlu keçməsi balaca bir detaldan belə asılı ola bilər.

Cərrahların iş geyimləri çox vacibdir.

İlk öncə bütün həkimlərin geyimi ağ rəngdə olub, lakin 1914-cü ildə bir nüfuzlu həkim bu formadan imtina edərək, üstünlüyü yaşıl, sonra isə göy rəngə verir. İş ondadır ki, əgər cərrah gözünü qanın tünd rəngindən, həmkar yoldaşlarının xalatına çevirsə, büllur kimi ağ rəng bir neçə anlıq onu kor edə bilər. Həmin hissləri biz özümüzdə günəşli bir gündə evdən çıxan zaman qara baxarkən keçiririk.

Bəs niyə əməliyyat zamanı sarı və bənövşəyi rəngdən deyil, məhz göy və yaşıl rəngdən istifadə edilir? Məsələ ondadır ki, yaşıl və göy rəngi işıq spektorunda qırmızı rəngə əksdir. Və əməliyyat zamanı cərrahlar məhz durmadan qızmızı qana baxırlar.

Beləliklə, yaşıl və göy rəngli formalar yalnız gözün görmə itiliyini stimullaşdırmır, həm də qırmızı rənglərə qarşı daha həssas edir.

Deməli, insan anatomiyasının nüanslarına əsasən, əməliyyat zamanı səhv ehtimalını xeyli azaldır.