Qanunsuz ovla bağlı mübarizə aparanın özü etdiyi əmələ görə tutulub. AzEuroNews.com-un məlumatına görə, polis nazirlik əməkdaşı ilə yanaşı bir nəfəri də saxlayıb. Xidməti avtomobildən isə odlu silah və ov edilən quş aşkarlanaraq maddi sübut kimi götürülüb.

Samux rayonunun Hacallı kəndi ərazisində Gəncə sakinləri Mais Vəliyev və Bəxtiyar Qurbanov ov edərkən polisin əlinə keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların artırılması və mühafizəsi departamentində aparıcı müfəttiş vəzifəsində işləyən Mais Vəliyevin “NİVA” markalı xidməti avtomobilinə baxış keçirilən zaman oradan sənədləri olmayan “TOZ” markalı ov tüfəngi və 48 ədəd patron, eləcə də 1 ədəd alabaxta quşu aşkarlanıb.

Verilməyən məlumat, üstəgəl qanunsuz edilən ov indi həm müfəttiş, həm də vətəndaş üçün başağrısına çevrilib.

Saxlanılan hər iki şəxsin əməlinə hüquqi qiymət araşdırmalardan sonra veriləcək.

6f9c6893-2e0e-4c13-af01-f28ea084f9cd d2f1a1bc-9592-41ae-b18f-04228acdeb2a