Samux polisi artezian quyularının kabellərinə oğurlanan  rayon sakinlərini saxlayıb. AzEuroNews.com-un məlumatına görə, saxlanılan şəxslərin 35 artezian quyusunu sıradan çıxardığı müəyyən edilib.

Etdiyi əmələ görə indi Həsrət ortağı Telmanla azadlığın həsrətini çəkməli olacaq. Aylardır asan qazanc yolunu kabel oğurluğunda tapanlar əhalini susuz qoymaqlarının qarşılığını bu yolla ödəyəcəklərini yəqin götür-qoy etməyiblər. Oğurluq yolla əldə edilən pula tamahının güc gəldiyini gənclər məsuliyyətə cəlb olunduqdan sonra anlayıblar.

Saxlanılan şəxs Tehran Əsgərov artezianları Samux yolunun kənarında gördüklərini söyləyib: “Samux yolunun kənarında üçünü Çobanabdallıda, üç dənəsini isə şəhər tərəfdə kəsmişik. Ümumilikdə, 9 artezian kəsmişik. Onu da şəhərdə Həsən adlı şəxsə satmışam. Pulunu da öz aramızda bölmüşük. Elədiyim üçün peşmanam”.

İndi etdiklərinin peşmanı olanların məsuliyyətdən yaxa qurtarması mümkün görünmür. Suvarma Sistemləri İdarəsi və 35 artezian quyusundan istifadə edən sakinlərə vurduğu ziyanın əvəzini onlar azadlıqları bahasına ödəməli olacaqlar.

Faktla bağlı bağla Samux Rayon Polis Şöbəsinin CAB-nın rəisi Ramiz Məhərrəmov  bunları deyib: “Keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1984- cü il təvəllüdlü Əsgərov Tehran Qəməndər oğlu və Füzuli kənd sakini 1993- cü il təvəllüdlü Qəmbərli Həsrət Söhrab oğlu növbəti dəfə artezian quyularının kabellərini oğurlayan zaman tərəfimizdən saxlanılıb”.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan işin istintaqı aparılır.

5b39c2e2-11c2-4299-a81e-886461153400