Almaniyada mütəxəssislər və rəhbər işçilər orta hesabla ildə 57 min 100 avro maaş alır. AzEuroNews.com-un Avropa Bürosunun  məlumatına görə, bu barədə “Stepstone” firmasının “2017-ci il üzrə əmək haqqı” adlı hesabatında yazılıb. Almaniyada fəaliyyət göstərən “Legat” firmasının yaydığı məlumatda deyilir ki, Almaniyada ən çox qazananlar tibb mütəxəsisləridir. Həkimlərin orta illik əmək haqları 82 min 700 avrodur. Tibb işçiləri arasında liderlik cərrahlara məxsusdur. Belə ki, cərrahların əmək haqqı 103 min avro təşkil edir. Sonrakı yerləri anestezioloqlar və əczaçılar tutur. Onlar orta hesabla 92 min avro qazanırlar.

Tibb işçilərindən sonra ən çox qazananlar (92 min avro) vergi işçiləridir. Sonrakı yerlərə mühəndislər – 65 min, hüquqşunlar – 62 min 400 avro, maliyyə və sığorta kampaniyalarının əməkdaşları aiddirlər.

Qeyd edək ki, göstərilən rəqəmlərə vergi ödəmələri aid deyil.