Alim Qasımov martın 9-10-da Tehranda konsert proqramı ilə çıxış edəcək.

“Report” xəbər verir ki, xalq artisti konsertdə səhnəni iranlı musiqiçi Pərvaz Homay ilə bölüşəcək.

Konsert proqramı 90 dəqiqə davam edəcək və Alim Qasımov öz qrupu ilə 45 dəqiqə ifa edəcək.

Konsert zamanı ifaçıların dueti də gözlənilir.

Qeyd edək ki, Pərvaz Homay 2005-ci ildə yaratdığı “Mastan” ansamblının vokalçısıdır.