Türkiyədə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Məlumata görə, 4,6 ballıq yeraltı təkanlar Çanaqqalada, Ayvacık rayonunda, yerli vaxtla saat 03:19-da qeydə alınıb. Zəlzələ ocağı 12,3 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilmir.