Ötən gecə paytaxt ərazisində qətl hadisəsi baş verib. AzEuroNews.com-un məlumatına görə, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi  307 saylı evin sahibi qapısının kənarında naməlum kişi meyiti olduğunu görüb. O, dərhal polisə məlumat verib. Hadisə yerinə rayon prokurorluq və polis əməkdaşları gəliblər. Müayinə zamanı meyidin üzərində bıçaq xəsarətlərinin olması məlum olub. Ətrafda yaşayanlar qətlə yetirilən şəxsin yaxınlığda kirayə yaşadığını bildiriblər. Daha sonra hadisə yerinə gələn gənc oğlan dünyasını dəyişənin onun qardaşı olmasını bildirib. Bundan sonra həmin şəxs ifadəsi alınması üçün polisə aparılıb.

Qətlə yetirilən Gəncə şəhər sakini 33 yaşlı  İslam Fəzail Hüseynov olub. Verilən məlumata görə, İslam Hüseynovun bir neçə gün əvvəl toyda qohumları ilə mübahisəsi düşüb. Hadisə yerində müayinə aparan ekspertlər mərhumda iki bıçaq xəsarətinin olduğunu bildirlər. Meyid müayinə olunması üçün pataloji anatomiya birliyinə aparılıb.

Faktla əlaqədar cinayət işi başlanıb. Hadisəni törədən şəxsin axtarışları davam edir.

1fe82e86-7ec2-4b3a-9243-986473112457