jirinivski-azeuro-=1Tatarıstanla Federal Mərkəz arasındakı səlahiyyətlərin bölüşdürülməsi haqqında razılaşmanın uzadılmasına son qoyulmalıdır.

Axar.az xəbər verir ki, bunu Dumada çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

“Bu il Tatarıstanla Federal Mərkəz arasındakı səlahiyyətlərin bölüşdürülməsi haqqında müqavilənin müddəti başa çatır. Ümid edirik ki, bu müqavilə uzadılmayacaq”, – o bildirib.

Qeyd edək ki, bir müddət öncə Rusiyada bütün muxtar respublika rəhbərlərinin prezident vəzifəsi ləğv edilib. Artıq onlar “muxtar respublika rəhbəri” adlandırılırlar. Rusiya Prezidenti Vladimir Putinin bu təşəbbüsünün yeganə icra olunmadığı məkan isə Tatarıstandır. Özünün daxili müstəqilliyinə sahib olan Tatarıstanda Rüstəm Minnixanov hələ də prezident adlandırılır.