Nəsimi rayonunda zəncirvari yol qəzası baş verib. AzEuroNews.com-un məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Prospektdəki tunelin çıxışında İmişli rayon sakini Xəlilov Savalan Komsomol oğlunun idarə etdiyi “KamAZ” markalı yük maşını ətrafında hərəkətdə olan avtomobilləri vurub. Nəticədə 8 maşın bir-birinə dəyib.

“KamAZ”-ın sürücüsü Savalan Xəlilov qəzada “VAZ 2104″ün sürücüsünü gunahlandırsa da, “VAZ”ın sürücüsü  onun sözlərinin əksini söyləyib.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Avtomobillərdən birindəki hamilə qadın özünü pis hiss etdiyindən hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparıblar. Qəzanın səbəbləri dəqiqləşdirilir.

 

541044a8-4691-4911-988c-1819c14fb6dc

7feea3e0-1ebd-4936-9c95-8248078947fa

 

97f8ca31-7620-455b-9860-6487b2523936