Ötən gecə paytaxt ərazisində iki piyada vurma hadisəsi baş verib. AzEuroNews.com-un məlumatına görə, Xəzər rayonunda yol nəqliyyat hadisəsi baş verib. Rayonun Mərdəkan qəsəbəsi ərazisində “Range Rover” markalı avtomobilin sürücü yolu keçmək istəyən piyadanı vurub. Sürücü özü yaralının xəstəxanaya çatdırıb. Müayinə zamanı piyada da sınıq xəsarətlərinin olduğu müəyyən edilib. Araşdırmalar zamanı vurulan piyadanın 51 yaşlı Rasim Böyükkişi oğlu Sadıqov olması məlum olub. O, tibbi yardımdan sonra müalicəsini davam etdirmək üçüm palataya yerləşdirlib. Hadisə yerində Xəzər rayon Polis İdarəsinin əməkdaşları olublar. Sürücünün ifadəsi alınıb. Avtomobil cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar araşdırmalar aparılır.

Digər bir piyada vurma hadisəsi Xətai rayonunda baş verib. Rəfi Hacıağa oğlu Babayevi yol keçən zaman naməlum avtomobil vurub. Yaralı hadisə şahidlərinin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirlib. Tibbi müdaxilədən sonra yaralının həyat təhlükəsi aradan qaldırılıb. Həkimlər Rəfi Babayevin vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Faktla əlaqədar Xətai Rayon Polis İdarəsində başlanılan araşdırmalar davam edir.