Binqədi polisi mənzillərdən oğorluq edən şəxsi saxlayıb. AzEuroNews.com-un məlumatına görə, Həsənov Vəzir Məmməd oğlu Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Biləcəri qəsəbəsində ona məxsus həyət evindən bir ədəd mobil telefon və 7 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Daxil olan məlumat əsasında polis əməkdaşları oğurluq edilən evə baxış keçirib. Oradan əl-barmaq izləri götürülüb.

Araşdırma zamanl məlum olub ki, Vəzir Həsənovun evindən oğurluq edən şəxs əvvəllər də eyni əmələ görə, məhkum həyatı yaşayan 33 yaşlı Əhmədov Amil Cavanşir oğludur.

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində o, tutuluaraq istintaqa təqdim edilib. İlkin ifadəsində Cavanşir Əhmədov törətdiyi əməli etiraf edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.