Fransa hökuməti paytaxt Parisdə sığınacaq axtaran qaçqınlara qarşı tədbir görüb. AzEuroNews.com-un  Avropa Bürosunun məlumatına görə, qaçqınlara yer verməyən Fransa hökuməti onların müvvəqqəti olaraq gecələdikləri körpünün altına iri qaya parçaları düzüb.

Fransa Miqrasiyya İdarəsindən yayılan məlumatda deyilir ki, hazırda ölkədə qaçqınlar üçün nəzərdə tutulan bütün kamplar dolub. Ona görə də, sığınacaq üçün Fransa Miqrasiyya İdarəsinə müraciət edən qaçqınlara yer verilmədiyindən onlar da, La Chapelle körpüsünün altında gecələməyə məcbur olublar.

Hökumətin bu addımı birmənalı qarşılanmayıb.  Parisdə qaçqınlara yardım edən təşkilatlar hökumətin bu qərarını böyük ayıb olaraq qiymətləndiriblər. Solidarité migrants Wilson təşkilatı bu hadisə ilə bağlı rəsmi Facebook səhifələrində bu qayaların onsuz da çox əziyyət çəkən insanların kiçik ümidlərini də əzdiyini yazıb.

12_9271 123_1778 123_3784 123_4869