Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, fevralın 18-dən martın 10-dək Gürcüstanın Saçxere şəhərində “Təməl qış dağ hazırlığı kursu” keçirilir.

Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.