Ağdam minik avtomobili yanaraq kül olub.

AzEuroNews.com– un məlumatına görı, hadisə rayonun Səfərli kəndində qeydə alınıb. Baş verən hadisədə “VAZ 2106” markalı avtomobil və əl damı yanaraq kül olub. Hadisə kənd sakini Sabir Əliyeva məxsus yaşayış evində baş verib.Hadisəyə səbəb elektirik naqillərində qısa qapanma olduğu ehtimal olunur. Ev sahibin sözlərinə görə, gecə saatlarında baş verən hadisədən ilk olaraq xəbər tutan evin gəlini olub.Yanğına ilk müdaxiləni ailə üzvləri etsə də, sonradan hadisə yerinə yanğın söndürənlər cəlb edilib. Qeyd edək ki ,yağın söndürənlərin müdaxiləsindən sonra alov ram edilib. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.