Avstraliyalı mütəxəssislər tədqiqat aparıblar ki, aydınlaşdırsınlar zərif cinsin nümayəndələri hansı kişiləri daha çox xoşlayırlar.

AzEuroNews mirnov.ru-ya istinadən xəbər verir ki, qadınların böyük əksəriyyəti dərdinə şərik olmaq bacarığı, mehribanlıq və səxavət kimi belə keyfiyyətlərə malik olan kişilərlə münasibətlərə üstünlük verirlər.

Tədqiqatın nəticələrinə əsasən, zəif cinsin nümayəndələri istəyirlər ki, onların yanında münasibətlərdə səmimi, qayğı göstərən və həmçinin xoşqəlbli insanlar olsunlar.

Maraqlıdır ki, belə keyfiyyətlərə malik olan qadınlar, kişi cinsinin nümayəndələri arasında sevilmirlər.