İstanbulun Küçükçekmece rayonunda şirniyyat mağazasında məişət qazının sızması nəticəsində partlayış baş verib.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, nəticədə 7 nəfər yaralanıb.

Yaralılardan birinin vəziyyəti ağırdır.

İnformasiyaya əsasən, partlayış rayonun Kanarya məhəlləsində 3 mərtəbəli binanın girşindəki şirniyyat dükanında baş verib.