Bakıda evləri soyan paytaxt sakini narkotiklə tutulub. AzEuroNews.com-un məlumatına görə, narkotik vasitə ilə tutulmuş Akif Həsənovun törətdiyi digər cinayət əməlləri də müəyyən edilib. Belə ki, Akif Həsənovun ətrafında Binəqədi RPİ 4-cü PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun ötən il avqustun 27-dən cari il fevralın 19-dək olan müddətdə rayon ərazisindəki 10 evdən ümumilikdə 650 manat, 600 manat dəyərində qızıl əşyalar, kombi aparatı, velosiped, məişət əşyaları və ərzaq məhsulları oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.