Yardımlıda ərzaq dükanlarına qənim kəsilən iki nəfər zərərsizləshirilib. AzEuroNews.com-un məlumatına görə, oğurluq etməkdə təqsirləndirilən şəxslər dükan sahiblərinə ümumilikdə 550 manat dəyərində maddi ziyan vurub.

Yardımlı rayon Alçabulaq kənd sakini,Səbuhi Teymurov və Köryədi kənd sakini Özüxan İsmayılov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək,işlətdikləri gündəlik ərzaq mağazlarından oğurluq edildiyini bildiriblər. Rayon polis şöbəsinin əməkdaşları tərəfindən aparılan istintaq əməliyyat tədbirləri nəticəsində oğurluq faktının üstü isti izlərlə açılıb. Belə ki, dükanları yarmaqda təqsirli bilinən iki nəfər rayon sakini saxlanılıb.

Məlum olub ki, mağazalardan oğurluq etməkdə sübhəli bilinən, Köryədi kənd sakinləri Feyruz Cavadov və onun həmkəndlisi Şəhriz Adişovdur. İlkin dindirilmə zamanı hər iki şəxs etdikləri əməli etiraf edib. Onlar dükanlara ayrı-ayrı vaxtlarda gecə saat 2:00 radələrində qapının qıfılını sındırmaq yolu ilə daxil olduqlarını və oradan ərzaq malları, nağd pul götürərək hadisə yerindən uzaqlaşdıqlarını bildiriblər.

Baş verən oğurluq hadisəsi zamanı sahibkarlara 550 manat dəyərində maddi ziyan vurulub. Dükanlardan götürülən nağd pulun bir qismi saxlanılan şəxslərdən götürülüb.

Saxlanılan şəxslər cinayət məcəlləsnin 177.2.3.1-ci maddələri ilə təqsirli bilinir. Etdikləri oğurluq əməli subuta yetirilərsə hər iki şəxsi 3 ildən, 7 ilə kimi, azadlıqdan mərhumetmə cəzası gözləyir. Hazırda faktla bağlı araşdırma aparılır.

42254559-d46a-44f9-99a4-111cf1c7d7eb