Zaqatalada evdə yanğın baş verib. AzEuroNews.com-un məlumatına görə, hadisə şəhər ərazisində yerləşən evlərdən birində qeydə alınıb. Ümumi sahəsi 56 kv/m olan tikilidə baş verən yanğın söndürüldükdən sonra  evdən yanmış kişi meyiti aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan şəxsin 80 yaşlı Rəsul Musayev olması müəyyən edilib. Rəsul Musayev evdə tək yaşayırmış.

Faktla bağlı araşdırma aparılır.

fde31089-4584-4372-950e-27e12e7a9e4a