Doktor Qreq Hager deyir ki, insanlara gündə 10,000 addım atmağa sövq edən proqram, öz əsasını 50 il bundan əvvəl bilinən sağlam qalmaq üçün istifadə edilən üsullarından biridir.

AzEuroNews news.sky.com-a istinadən xəbər verir ki, aparıcı alimlərdən biri iddia edir ki, addımları sayan proqram, insanları real olmayan məqsədləri təqib etməyə sövq edə bilər.

ABŞ-daki Con Hopkins universitetindən olan həkim Qreq Haqer deyir ki, istifadə edilən 165,000 sağlamlıq proqramından yalnız bir neçəsi elmi sübutlara əsaslanır.

O, xüsusilə insanları 10,000 addım atmağı tapşıran proqramları tənqid edib.

Bostonda keçirilən Amerika Elmi İnkişaf Assossiyasının illik görüşündə çıxış edən həkim bildirib ki, “Siz hər gün addım sayan “Fitbit” ayaqqabıları geyinə bilərsiz və ya başqa hansısa proqramdan istifadə edə bilərsiniz. Mən mərc gələrəm ki, sonda onlar sizə bu gün siz 10,000 addım atmısınız xəbəri göndərəcəklər.”

“Bəs niyə 10,000 addım olmağı bu qədər vacibdir?”

“Məlum olub ki, 1960-cı illərdə Yaponiyada yapon kişilər 3,000 kalori itirmək üçün gündə 10,000 addım atmalı idilər və bunlarda belə qərara gəliblər ki, bu bütün insanlara aiddir.”

“Ancaq kim bilir bu sizin üçün doğru rəqəmdir?”

O qeyd edib ki, sağlamlıq proqramlarını araşdırsaq məlum olar ki, onların heç bir elmi əsası yoxdur. Yalnız 5 proqram elmi tədqiqat üçün istifadə olunub və əlavə edib: “Mən düşünürəm ki, sağlamlıq proqramlarının xeyirdən çox ziyanı var. Mən əminəm ki, onlar problemlərə səbəb ola bilər.”

“Heç bir elmi sübutu olmayan proqramlar sizə necə faydalı ola bilər? Onlar hətta ziyanlı ola bilər.”