əbail rayonunda avtomobil yanıb. AzEuroNews.com-un məlumatına görə, hadisə rayonun Bülbül prospektində baş verib. Hərəkətdə olan ”Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsindən qəfildən yanğın olub. Qısa zamanda alov avtomobili bürüyüb. Sürücü dərhal avtomobili tərk edib. Şahidlər yanğınsöndürənlərə məlumat veriblər. Hadisə yerinə iki yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb olunub. Alovun qarşısı alınıb. Hadisə zamanı avtomobilin salonunun və mühərrikinin yanar hissələri yanıb. İlkin ehtimal kimi yanğına avtomobilin elektrik naqillərində olan qısa qapanma səbəb olub. Faktla əlaqədar araşdırmalara başlanılıb.

 

vehvi1