Binəqədi rayonunda yüksək sürət zəncirvari yol qəzasına səbəb olub. AzEuroNews.com-un məlumatına görə, hadisə Ziya Bünyadov prospektində baş verib. Prospektlə yüksək sürətlə hərəkətdə olan “Nissan Tida” markalı avtomobili sürücüsü qəfil idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında dayanan iki “Mercedes” markalı avtomobilə çırpılaraq dayanıb. Zərbənin təsirindən Mercedesdən çıxan ehtiyyat hissəsi “Toyota” markalı avtomobili də əzib. Qəza nəticəsində avtomobillər yararsız hala düşüb. “Nissan Tida”nın sürücüsü isə, müxtəlif bədən xəsarətləri alıb. O, hadisə yerinə çağrılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər. Hadisə yerində qəza üzrə inspektor olub. Ölçülər götürülüb. Faktla əlaqədar ekspertiza təyin olunub. Avtomobillər cərimə meydançasına aparılıb.

3f46760f-3f9a-4bd6-bc52-acc3d4bd608b 93d6bae8-adb9-4612-a87e-df484b28a735 a93e34ad-260c-4fb2-80ac-4348992ea219