Binəqədidə mağaza sahibi bıçaqlanıb. AzEuroNews.com-un məlumatına görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. 29 yaşlı Emin Məmmədov kəsilmiş-deşilmiş xəsarətlərlə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Alxasov Azər Səadət oğlu saxlanılıb. Faktı 6-cı polis bölməsinin rəisi Nəsib Məmmədov təsdiq edib. İlkin dindirmələr zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Azər Alxasov törətdiyi cinayət əməlini etiraf edib və bildirib ki, pulu olmadığından məhəllədə mağaza işlədən Emindən pul istəyib. Ancaq Emin ona çoxlu borcu olduğundan pul verə bilməyəcəyini deyib. Bununla razılaşmayan Azər Alxasov Eminə bir neçə bıçaq zərbəsi vurub və hadisə yerindən uzaqlaşıb.

Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb və Azər Alxasov şübhəli şəxs qismində həbs edilib.