Emin Usubov İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin edilib. AzEuroNews.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirinin əmri ilə Təhqiqat İdarəsinin rəisi, İstintaq və Təhqiqat İdarəsinin rəis müavini polkovnik Emin Usubov İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin olunub. Qeyd edək ki, Emil Usubov Daxili İşlər Naziri Ramil Usubovun böyük oğludur.
Qeyd edək ki, bir neçə gün öncə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.