Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistanın XİN başçısı Edvard Nalbandyan arasında görüş keçirilib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlıq, regional və beynəlxalq gündəlikdə dayanan məsələlərin geniş spektri müzakirə olunub.

Görüşdən əvvəl XİN başçıları Rusiya və Ermənistan arasında diplomatik əalqələrin qurulmasının 25 illiyinə həsr olunmuş sərginin açılışında iştirak ediblər.

Sərginin açılışı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmkarı Edvard Nalbandyanın Yerevana səfər etməklə bağlı dəvətini qəbul etdiyini açıqlayıb.

“Səfərin tarixi ayrıca işlənəcək”, – deyə S.Lavrov əlavə edib.