Ötən ilin sentyabr ayında ayrıldıqları barədə məlumat yayılan 41 yaşlı aktrisa Ancelina Coli və 51 yaşlı aktyor Bred Pit barışıb.

BakiPost.az xəbər verir ki, aktrisa Amerika kanallarından birinə verdiyi açıqlamada yenidən bir ailə olmağa çalışdıqlarını dilə gətirib. Hazırda Kambocada film çəkilişində olan Coli Bred Pitlə olan əlaqəsini oradan ayrıldıqdan sonra bərpa etməyə çalışacağını deyib. O, jurnalistin verdiyi “Siz hələ də Bred Pitin ailənin bir üzvü kimi gözəl ata olduğuna inanırsınızmı” sualına cavabında deyib: “Əlbəttə, mən bizim yenidən bir ailə olacağımıza inanıram”.