Aktyor Aleksey Petrenko 79 yaşında dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Kinematoqrafçılar İttifaqının saytında məlumat yerləşdirilib.

“Rusiyanın görkəmli aktyoru Aleksey Petrenko 22 fevral 2017-ci il tarixində qəflətən dünyasını dəyişib”, – deyə məlumatda bildirilir.

Sovet və Rusiyanın teatr və kino aktyoru Aleksey Petrenko 26 mart 1938-ci ildə Çerniqov vilayətinin Çemer kəndində dünyaya gəlib.

Onun kinoda debütü 1967-ci ildə “Günəş və yağış günü” filmində olub. Artist 80-dən çox filmdə, o cümlədən “Amansız romans”, “İf qəsrinin dustağı”, “Aqoniya”, “Məni döşəmənin altında basdırın”, “Müharibəsiz 20 gün” kimi filmlərdə rol alıb.