Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. AzEuroNews.com-un məlumatına görə, Rayonun Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsində yaşayan 33 yaşlı Vüsalə Akif qızı Qasımova bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Qarın nahiyyəsində bıçaq xəsarəti olan yaralıya tibbi yardım göstərilib. O, müalicəsini davam etdirmək üçün palataya yerləşdirilib. Hadisə barədə polisə məlumat verilib. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları Vüsalə Qasımovanın ifadəsini alıb. Zərərçəkini ifadəsinə görə, hadisədən əvvəl həyat yoldaşı ilə mübahisəsi düşüb. Mübahisə zamanıda , əsəbi olduğundan özünə bıçaqla xəsarət yetirib. Faktla əlaqədar başlanılan araşdırmalar davam edir.