Lənkəranda  piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. AzEuroNews.com-un məlumatına görə, hadisə  axşam  saatlarında Ələt-Astara magistral yolunun  Liman şəhəri ərazisindən keçən hissəsində  qeydə alınıb. Lənkərana qonağ gələn Xırdalan şəhər sakini, 57 yaşlı Dəstəgül Şəmiyeva yolu keçmək istəyərkən onu  maşın vurub. Dəstəgül Şəmiyeva ağır kəllə-beyin travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Sürücü hadisə baş verən zaman  hadisə yerindən qaçdığınan qəzanın baş vermə səbəbi və sürücünün kimliyi  məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

piyada