Gəncədə iki qadın dəm qazından boğularaq ölüb. AzEuroNews.com-un məlumatına görə, hadisə şəhərin Abdulla Sur küçəsi, 70 ünvanında qeydə alınıb. Orada yaşayan 78 yaşlı Rəna Nəbiyeva və onun bacısı 57 yaşlı Zəhra Abdullayeva dünyasını dəyişib. Qonşuların sözlərinə görə,  hadisədən əvvəlcə mərhumların onlarla görüşməyə gələn əmisi oğlu xəbər tutub və  dərhal polisə və təcili tibbi yardıma müraciət edib. Evə gələn həkimlər qadınların dəm qazından boğularaq öldüyünü ehtimal edirlər. Meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə Şəhər şöbəsinə aparılıb, dəqiq səbəb araşdırmalardan sonra məlum olacaq.

Qeyd edək ki, birgə yaşayan pensiyaçı qadınların ailəsi və övladları olmayıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

dem 1