NASA günəş sistemi xaricində 7 yeni planet kəşf edib. Alimlər Dünyadan 40 işıq ili uzaqlıqdakı Trappist-1 adlı ulduzunun orbitində olan planetlərin miqyasları və kütlələri baxımından dünyaya oxşadıqlarını bildiriblər.

planet-azeuro-1

AzEuroNews euronews-a istinadən xəbər verir ki, bu planetlərdən üçü “həyat üçün əlverişli bölgə” hesab edilirlər və bu planetlərdən, yaşıl rənglə göstərilənlərin içərisində maye suyun səthdə toplana bildiyi üçün yaşana biləcək bölgənin içində yer ala bilərlər. Əslində uyğun atmosfer şəraitində bu planetlərin hər hansı birində su ola bilər.

“Ekzoplanet” adlandırılan planetlerin kəşf olunmasında NASA-nın Spitzer Kosmos teleskopundan istifadə edilib. Teleskop ilə aparılan hesablamalara əsasən, kəşf edilən planetlərdən birinin su baxımından tərkibi zəngin ola bilər. Əlbəttə ki, bu həyəcan verici bir xəbərdir, çünki bu təsdiqlənsə , planet yaşana biləcək planetlər siyahısına əlavə ediləcək.

Alimlər günəş sistemi xaricindəki ulduzların orbitində dolaşan bu planetlərin kəşfinin, kainatda dünyadan başqa canlı varlıqların kəşfi üçün əhəmiyyətli bir əsas yaradacağını düşünür.