Zürafənin doğuşunu canlı yayımla youtube kanalında paylaşan Nyu-York zooparkının sahibi deyir ki, heyvan haqları müdafiəçiləri videonun mənfi xarakter daşıdığını bildirərək, onu Youtube-dan çıxardıblar.

AzEuroNews theguardian.com-a istinadən xəbər verir ki, Nyu-Yorkda yerləşən Heyvan Macəra Parkı çərşənbə günündən canlı yayıma başlayıb. Zooparkın sahibi Cordan Paç bildirib ki, cümə axşamı Youtube kanalındakı canlı yayım dayandırılıb. İzləyicilər canlı yayında çılpaqlıq və xoşa gəlməz görüntülər olduğu haqda şikayət ediblər.

Zooparkın Facebook səhifəsində yerləşdirilən videoda Paç “bir neçə ekstremist heyvan haqları qoruyucularının” zürafənin doğuşunun canlı yayımını dayandırmaqda günahlandırıb. Xatırladaq ki, youtube-da canlı yayım cümə axşamı səhərdən etibarən başlayıb.

Eypril adlanan zürafənin yaxın günlərdə bala dünyaya gətirməsi gözlənilir.