Nadir olan bongo balası ilk dəfədir ki, Los Anceles zooparkında olacaq.

AzEuroNews apnews.com-a istinadən xəbər verir ki, Antilop növü olan, erkək şərq bonqosu, zooparkda yanvar ayının 20-də doğulub.

Cümə axşamı ictimaiyyət qarşısına çıxarılmazdan əvvəl, o, yalnız anası ilə oynayaraq vaxt keçirirdi. Doğulanda, ağ zolaqlı, şabalıd rəngli buzov sadəcə 60 sm hündürlüyündə idi və onun çəkisi 55 kq olub.

Onun valideynləri: anası 5 yaşlı Rizzo, atası isə 7 yaşlı Asadır. Bu Los Anceles zooparkında 20 il ərzində dünyaya gələn ilk bonqo balasıdır.

Keniyada tapılmış bu heyvan növünün, vəhşi təbiətdə brakonyerlik ucbatından sayı 100-dən az qalıb və nəsli tükənmək üzrədir.

bonqo-azeuro- bonqo-azeuro3 bonqo-azeuro-5