Havar Məmmədov müvəqqəti olaraq Bakı Mühəndislik Universitetinə rektor əvəzi təyin edilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Nazirlikdən bildirilib ki, fevral ayının 2-dən etibarən Havar Məmmədov bu vəzifəni icra edir.

Qeyd edək ki, bu günə qədər BMU-nun rektor səlahiyyətlərini Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov icra edirdi.