Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilərək yığılması məqsədilə polis orqanları tərəfindən Sabunçu rayonunun Maştağa qəsəbəsində növbəti əməliyyat tədbiri həyata keçirilib. AzEuroNews.com-un məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinə (RPİ) Maştağa qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Rizvan Fərzəliyevdə odlu silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub. Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Fərzəliyev saxlanılıb. Onun yaşadığı mənzilə baxış keçirilən zaman nömrəsi silinmiş “AKSU” markalı avtomat silahı, 27 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat, partlayıcı maddə və qurğular könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir.

520d5ce3-409f-4759-8bf1-2e64923add66 969b9a98-1355-404b-8659-9cfac2f7cc67