Alman kəşfiyyatı tanınmış xəbər agentlikləri BBC, Reuters və Nyu-York Times-dan olan jurnalistləri izləyirmiş. Ümumilikdə, kəşfiyyatın nəzarət altında saxladığı 50-yə yaxın KİV əməkdaşı olub.

AzEuroNews xəbər verir ki, Tass-ın Şpigelə əsasən verdiyi məlumatda deyilir ki, kəşfiyyat jurnalistləri əsasən 1996-cı ildən etibarən Britaniyada, Əfqanıstanda, Pakistan və Niqeriyada təqib edib.

2016-cı ilin oktyabr ayında Bundestaq kəşfiyyata alman serverləri və əcnəbilər arasındakı məlumat mübadiləsini nəzarətdə saxlamağı tapşırıb və demək olar ki, bu hərkəsi dinləməyə imkan verir.