“Edam tələbi parlamentə gələcək. Parlamentdən keçən kimi mən həmin qanunu təsdiq edəcəm”. AzEuroNews.com-un Avropa Bürosunun məlumatına görə, bu sözləri Manisada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan söyləyib.

Onun sözlərinə görə, bunun üçün Ana Yasa dəyişilməlidir: “Ayın 16-ı bunun işarəti olacaq. Lazım gəlsə edam cəzasına görə, yenidən bir referendum keçirə bilərik. Əğər parlamentdən bununla bağlı bir qanun çıxamasa Ana Yasa dəyişikliyi üçün referendum tələbini xatırladacam”.