Amerikalı aktyor Corc Kluni kinematoqrafiyaya verdiyi töhfələrə görə, Fransanın Kinematoqrafiya Sənəti və Texnikası mükafatı olan “Sezar”a layiq görülüb.

“Report” xəbər verir ki, mükafat cümə günü axşam Parisin “Pleylel” konsert zalında keçirilən təntənəli mərasimdə təqdim olunub.

“Sezar” mükafatı Fransanın ən nüfuzlu milli kino mükafatıdır.