Ermənilər İsveçin paytaxtı Stokholmda keçirilən “Xocalıya Ədalət” aksiyasında təxribat törətməyə cəhd ediblər. Bu barədə AzEuroNews.com-un Avropa Bürosuna İsveçdə yaşayan həmvətənimiz Kənan Hacıəkbəroğlu məlumat verib. Onun sözlərinə görə, Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı keçirdikləri aksiya zamanı bir qrup erməni əllərində qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə onlara yaxınlaşmağa cəhd edib: “Təxribat törədəcəklərini görən kimi tez müdaxil etdik. Bizə fiziki güc tətbiq etməyə çalışsalar da, alınmadı. Əllərindəki bayraqları alıb özlərini meydandan kənarlaşdırmağa nail olduq”.

K.Hacıəkbəroğlunun sözlərinə görə, ermənilərin əlindən alınan bayraqlar sonra ən layiqli yerə atılıb: “Aksiyamıza davam etdik. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı bu dəfə ən layiqli yerdə-ayaqlarımızın altında idi”.

AzEuroNews.com həmin görüntüləri təqdim edir:

 

16997004_10212012356408248_1602479590_n 16997202_10212012355968237_598299999_n 16997588_10212012344487950_511077413_n (1) 16997588_10212012344487950_511077413_n 17005902_10212012356008238_235947005_n 17012634_10212012356168242_804572434_n