Almaniyanın Geydelberq şəhərində terror hadisəsi baş verib. AzEuroNews.com-un Avropa Bürosunun məlumatına görə, bıçaqla silahlanmış sürücü avtomobilini piyadalara çırpıb. Terror hücumu nəticəsində üç nəfər xəsarət alıb.

Almaniya Daxili İşlər Nazirliyinin sözcüsü Anne Bassın sözlərinə görə, terrorist vurularaq öldürülüb.

Xəsarət alan piyadalardan birinin vəziyyətinin ağır olduğu bildirilir.