Baş rollarında Engin Akyürek, Fahriye Evcen, Sarp Levendoğlu və Gülcan Arslanın çəkildiyi “Ölene kadar” serialı bu həftə yayımlanmayacaq.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, martın 2-də serialın yayımlandığı ATV-də “Kayserispor” və “Fənərbaxça” futbol komandalarının qarşılaşması nümayiş etdiriləcək.

Məhz bu səbəbdən serial 8-ci seriyası ilə martın 9-da ekranlara gələcək.