Sumqayıtda ölümlə nəticələnən ağır yol qəzası baş verib. AzEuroNews.com-un məlumatına görə, hadisə H.Z.Tağıyev qəsəbəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində qəsəbə sakini Emil Rzayev idarə etdiyi “BMW” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

sum 2 sum 3