Bakıda qadını hədələyərək pul tələb edən şəxs tutulub. AzEuroNews.com-un məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əməliyyat keçirib. Belə ki, Bakı şəhər sakini Ellada Zərbəliyevanı (ad şərtidir) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 500 manat pul almaqda şübhəli bilinən paytaxt sakini Elnur Əbilov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırm aparılır.